Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu yerli marşalların təliminə başlayıb.
Qurumdan "Report"a verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd Azərbaycanda keçiriləcək "Formula 1" yarışı zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır.
Eyni zamanda, bu təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.
Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində keçirilən təlim nəzəri və
praktiki hissələrdən ibarətdir.
Nəzəri hissədə "Formula 1" üzrə Azərbaycan Qran-prisinin idarəetmə texnikaları və cari mövsümün yenilikləri marşallara öyrədilir. Praktiki hissədə isə marşallar xüsusi olaraq hazırlanmış simulyasiya trekində öyrəndikləri bacarıqları tətbiq edirlər.
Qeyd edək ki, təlim sentyabrın 13-15-də baş tutacaq Azərbaycan Qran-prisinə hazırlıq mərhələsidir. Yarışda 1470 marşalın iştirakı nəzərdə tutulur.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.
Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 17-də ölkənin qurulmaqda olan ərazilərinə səfər edib.